Qadin.NET / Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq


"ASAN peşə" layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb.

Milli.Az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliklə "ASAN xidmət" arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış "ASAN peşə" layihəsi 11-26 avqust 2016-cı il tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində aparılıb.

"Asan peşə" layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu gündən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər.

Boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində aparılacaq.

Milli.Az

27 avqust 2016
GO BACK