Qadin.NET / Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr

Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr

Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr


Yay mövsümündə insanların ən mühüm görəcəyi işlərindən biri də xalçaların yuyulmasıdır. Düzdür son dövrlərdə xalçaların yuyulması ilə bağlı xidmət sahələri fəaliyyət göstərsə də, ancaq insanların böyük əksəriyyəti hələ də öz əllərilə xalçalarını yumağa üstünlük verilər. Bəlkə də buna yuyulacaq xalçalara görə, təklif edilən xidmət haqları da təsir edir.

Day.Az deyerler.org-a istinadən bildirir ki, xalçanızı müntəzəm təmizləməniz onun yuyulmasını asandlaşdıracaq. Xalçaları ən azı həftədə 1 dəfə tozsoranla tozu alınmalıdır. Bu yolla xalçanızın ömrünü uzada və çirklərin yığılmasının qarşısının ala bilərsiniz.

İlk addımlar:
 
Toz şəklində olan xalça təmizliyi məhsulları quruma müddəti kimi bir problemi olmadığı üçün təmizliyi daha sürətli və asan edir.
 
Xalçadakı ləkələri suya qarışdırılmış xalça şampunu və sərt tükləri olan fırçanın köməkliyi ilə təmizləyə bilərsiniz.
 
Xalçadakı qoxuları aradan aparmaq üçün soda da istifadə edə bilərsiniz.
 
Krem rəngli xalçanıza qəhvə tökülə bilər və ya təkcə gündəlik yığılan çirklər və tozlar da ola bilər. Səbəbi nə olursa, olsun xalçaların baxılmasına və təmizliyə ehtiyacı var. Xalça təmizliyində bizə ən çox əziyyət verən məsələ mebeli yerindən çəkmək və xalçaların qurumasını gözləməkdir. Lakin xalçaların təmizlənməsi, yuyulması o qədər də çətin deyil. Odur ki, xalça yuyulmasında mühüm nöqtələrə diqqət edin!

Xalçalar necə yuyulur?
 
Xalça tozunun təmizlənməsi asan və sürətlidir. Soda və ya xalça təmizləmə tozunu aşağıdakı kimi, istifadə edə bilərsiniz:
 
Tozu xalçanın üzərinə eyni miqdarda səpin. Təxmin

 

Milli.Az

26 avqust 2016
GO BACK