Qadin.NET / "iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var

"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var

"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var


"Apple"in "iPhone" 6 və 6 Plus modellərində nöqsan aşkarlanıb

"Touch Diesase" (toxunma xəstəliyi) adlandırılan nöqsana görə uzun müddət istifadə olunan smartfonların sensorunda problem yaranır. Belə ki, ekrana nə qədər toxunulsa da, telefon reaksiya vermir. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, telefonun platasında olan problemdən qaynaqlanır. Əslində sözügedən modellər təqdim olunduğu gündən bu problem olsa da, telefonlar köhnəldikdən sonra ortaya çıxır. 

Uzun müddət istifadə olunduqca və telefon yerə düşdükcə platadakı iki kart ( şəkildə qeyd olunub) arasındakı əlaqə itir və buna görə də sensora toxunulduqda telefon reaksiya vermir. 

Problemin yalnız "iPhone"nun 6 və 6 Plus modellərində yaşanmasının səbəbi isə platada "underfill" adlı qarışıqdan istifadə olunmamasıdır. 
Qeyd edək ki, "Apple" şirkəti isə hələ bu barədə açıqlama verməyib.
25 avqust 2016
GO BACK