Qadin.NET / Bir dəqiqəyə 20 min söz oxuyur - Vaqiflə siz də tanış olun - VİDEO

Bir dəqiqəyə 20 min söz oxuyur - Vaqiflə siz də tanış olun - VİDEO

Bir dəqiqəyə 20 min söz oxuyur - Vaqiflə siz də tanış olun - VİDEO

Bir dəqiqəyə 20 min söz oxuyur. Bir kitabı isə 3-4 dəqiqəyə bitirir.

13 yaşlı Vaqifin özü ilə gətirdiyi kitabları əvvəlcədən oxuduğunu zənn edib, biz ona kitab verdik. Uşaq ədəbiyyatından 353 səhifəlik "Qulliverin səyahəti" əsərini oxumağı tapşırdıq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Vaqif kitabda yazılanları nəql etsə də, bütün cümlələri oxuyub-oxumadığını dəqiqləşdirmək qərarına gəldik.

Mütaliəçi iddia edir ki, bir dəqiqə ərzində 20 min söz oxuyur. Nəzərə alsaq ki, bir səhifədə orta hesabla 300-ə yaxın söz var, deməli, Vaqif 66 səhifəni bir dəqiqə ərzində oxumalıdır. O isə bu vaxt ərzində 100 səhifə oxudu.

Vaqifin ailəsi artıq Ginnesin Rekordlar kitabına müraciət edib. O, özü isə bacarığının sirrini belə izah edir.

Milli.Az


20 avqust 2016
GO BACK