Qadin.NET / Prezident İlham Əliyev "Azəravtoyol"a 3 milyon manat ayırdı

Prezident İlham Əliyev "Azəravtoyol"a 3 milyon manat ayırdı

Prezident İlham Əliyev "Azəravtoyol"a 3 milyon manat ayırdı


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Milli.Az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

19 avqust 2016
GO BACK