"Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur".
Milli.Az atv.az-a istinadən bildirir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu, son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.
Məlumatda bildirilir ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57.5 % artım baş verib. BƏƏ-dən 2016-cı ilin yanvar-iyun aylarında ölkəmizə gələn xarici turistlərin sayı ümumilikdə 10 086 nəfər təşkil edir.
Milli.Az