Qadin.NET / Xərçəngin müalicəsində inqilabi irəliləyiş

Xərçəngin müalicəsində inqilabi irəliləyiş

Xərçəngin müalicəsində inqilabi irəliləyiş


Monreal Politexnik Universiteti, Monreal Universiteti və Makqill Universitetinin alimləri xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyiş əldə ediblər.

Onlar qan vasitəsilə hərəkət edən və dərman preparatlarını şişdəki müəyyən aktiv xərçəng hüceyrələrinə dəqiq çatdırmaq qabiliyyətinə malik yeni nanorobotlar hazırlayıblar. Belə üsul şişin optimal məhvini təmin edir, yaxınlıqda yerləşən orqan və sağlam toxumaları təhlükə altında qoymur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlərin tədqiqat işindən bəhs edən "Magneto-aerotactic bacteria deliver drug-containing nanoliposomes to tumour hypoxic regions" adlı məqalə "Nature Nanotechnology" jurnalında dərc edilib.

Məqalədə siçan üzərində aparılmış tədqiqat işinin nəticəsi təsvir edilib: nanorobotlar dərman preparatlarını kolorektal şişə uğurla çatdırıblar.

Şişin içərisinə daxil olmuş nanorobotlar oksigenlə az təchiz edilmiş şiş hissələrini aşkar edərək dərman preparatlarını onlara çatdıra bilir. Məlum olduğu kimi, oksigenlə az təchiz olmuş hissələr şüa terapiyası daxil olmaqla müalicə metodlarının əksəriyyətinə qarşı dayanıqlıdır.

Milli.Az

19 avqust 2016
GO BACK