Qadin.NET / ANS efirə qayıtmadı

ANS efirə qayıtmadı

ANS efirə qayıtmadı


"ANS televiziyası fəaliyyətini bərpa edə bilməz. Çünki iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının iddiasını təmin edib".

Milli.Az bildirir ki, bu barədə Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov turan-a danışıb.

Xatırladaq ki, Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün məhkəməyə müraciət edib.

ANS-ÇM radiosunun fəaliyyətinə gəlincə, "MTRŞ iyulun 18-də bu radioya verilmiş lisenziyanın qüvvəsini itirməsi ilə bağlı qərar verib və radio da fəaliyyətini bərpa edə bilməz", - deyə Toğrul Məmmədov qeyd edib.

Milli.Az

18 avqust 2016
GO BACK