Qadin.NET / 17 aydır hamilədir

17 aydır hamilədir

17 aydır hamilədir


Çinin Hunan əyalətinin sakini 17 ay davam edən hamiləlik müddətinə görə Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Çinin Kommunist Partiyasının əsas çap nəşri "Jenmin jibao"nun igilisdilli versiyası "People`s Daily" məlumat yayıb. 

Məlumata görə, Van Şi hələ keçən ayın fevralında hamilə qalıb. Həkimlər doğuşu noyabrın 15-nə proqnozlaşdırıblar. Amma uşaq dünyaya gəlməyə tələsmir. 

Narahat olan qadın hər 7-10 gündən bir xəstəxanaya müayinəyə gedib. Həkimlər hamiləliyin 14-cü ayında qeysəriyyə əməliyyatını keçirməkdən imtina ediblər. Belə ki, uşaq yetərincə inkişaf etməyib. 

"Ekspertlər bəzi qadınların 13 aydan sonra da doğduqlarını bildiriblər. Amma 17 ay sürən hamiləlik olmamışdı. Onlar səbəbi izah edə bilməyiblər", - qadının ərinin sözlərini qəzet sitat gətirib. 

Buna baxmayaraq, gələcək ananın vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, onu 18-ci ayında əməliyyat edəcəklər.

Milli.Az


18 avqust 2016
GO BACK