Qadin.NET / Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - SİYAHI

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - SİYAHI

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - SİYAHI


Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Day.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, avqustun 19-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qobu", "Müşviqabad", "Aşagı Güzdək" və "Pirəküşgül" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.


Day.Az

 


18 avqust 2016
GO BACK