Qadin.NET / 8 ərəb qadın teleaparıcı qovuldu: "Gedin arıqlayın!"

8 ərəb qadın teleaparıcı qovuldu: "Gedin arıqlayın!"

8 ərəb qadın teleaparıcı qovuldu: "Gedin arıqlayın!"


Misirin Dövlət Teleradioşirkəti 8 qadın aparıcını işlərindən müvəqqəti olaraq kənarlaşdırıb. Bu qadın teleaparıcılar "həddən artıq izafi çəkili olduqları üçün tamaşaçıların zövqünu oxşamamaq"da suçlanıblar. Onlara arıqlamaları və "vücud ölçülərini normaya salmaları" üçün bir ay vaxt verilib.

Milli.Az Əl Yəum əl Səbi-yə istinadən bildirir ki, işdən kənarlaşdırılanlar arasında Misirin ən populyar teleaparıcılarından sayılan Səfaa Həqazi, habelə dövlət teleradioşirkətinin 2-ci telekanalının məşhur teleaparıcısı Xəticə Xəttab da var. 
"Bu nə absurd əmrdir?! Teleaparıcının kök olmasından dolayı, tamaşaçılar üçün "narahatlıq" yaratması, telekanalın imicinə ziyan verməsi barədə yalnız tamaşaçı qərar verə bilər. Bu qərar ailələrimizdə də pərişanlıq yaradıb", - Xədicə Xəttab deyib.
Misir Qadın Hüquqlarının Müdafiəsi Mərkəzi qərarı qətiyyətlə pisləyərək insan haqlarının kobud pozuntusu, qadın şərəfi və mənliyinin təhqiri adlandırıb.
"Əl Əhram" qəzetinin tanınmış köşə yazarı Fatma əl Şəravinin dediyinə görə, dövlət teleradioşirkətinin rəhbərliyi qərarı ləğv etməlidir.
Tanınmış misirli alim Vahid Əbdül Məcid isə deyib: "Telekanal teleaparıcıların zahiri görünüşünə yox, verilişlərin və proqramların məzmununa fikir versəydi, daha yaxşı olardı".

 

Milli.Az

18 avqust 2016
GO BACK