Sevgi əsl xarüqələr yaratmağa, möcüzəni gerçəkləşdirməyə qadirdir.
ABŞ-dakı toylardan birində əsl möcüzə yaşanıb. Əlil arabasına məhkum olan, ifdlic gəlin toy günü ayağa durub, yeriyib.
Milli.Az Lovestoriesbyus-a istinadən bildirir ki, 25 yaşlı Ceki Qonçer 8 il əvvəl əlil arabasına məhkum olmuşdu. O, boynundan aşağı iflic idi və gəzə bilmirdi.
Üzgüçülüklə məşğul olan Ceki hovuzdan çıxanda yıxılmışdı. Onurğa sütunundan ağır travma alan Cekini müayinə edən həkimlərin dediklərinə görə, o, həyatının sonunadək gəzə bilməyəcəkdi. Altı aydan sonra Ceki əlil arabasından dura bilsə də, sadəcə, dayana bilirdi - addım atmaq onun vücudunda dəhşətli ağrılar yaradırdı.
"Həyatımın son 8 ili mənimçün çox ağır oldu. Peşəkar idmançı, üzgüçü idim. Hər gün hovuza yollanmağı, əvvəlki həyatımı yaşamağı arzulayırdım. Sonra Endi ilə tanış oldum. Endi sanki məni yenidən həyata qaytardı. Evlənməyə qərar verdik. Və özümə söz verdim ki, toyumda ayağa duracağam! Təkrar müayinələrdən sonra həkimlər dedilər ki, bundan sonra nə zamansa ayağa qalxa bilsəm, ən uzağı 25-30 dəqiqə bir yerdə dura bilərəm. Həkimlər bunun çox zəif ehtimal olduğunu deyir, öz dediklərinə inanmırdılar", - Ceki Qonçer deyir.
Toy günü Ceki əlil arabasında idi. Sağ tərəfində anası, sol tərəfində də babası.
Tərslikdən, toydan üç gün əvvəl Endi həyətdə yıxılmış, sol qolunu sındırmışdı.
Fəqət, o, toyda qolu sarğılı olmadı: ağrılara rəğmən, Endi "normal" görünəcəyini qət etdi.
Və toyda möcüzə baş verdi.
Ceki əlil arabasından durdu və Endiyə tərəf addımlamağa başladı.
Toydakı qonaqlar kövrəlmişdilər, hətta bəziləri ağlayırdı.
Hamı heyrətdə idi, nə deyəcəklərini bilmirdilər.
Endi və Ceki rəqs etməyə başladılar. Bu zaman Endi də göz yaşlarını saxlaya bilməyib.
Cekinin anasının toya dəvət etdiyi rəssam da bu ecazkar anların tablosunu çəkib.
Milli.Az