"Azərbaycanda yalnız bir neçə özəl tibb müəssisəsinin antenatal qulluq göstərmək hüququ var".
Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin (RPM) direktoru Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, bu özəl tibb müəssisələrinin özlərinin doğuşayardım stasionar xidməti olduğundan onlar hamilə qadını lazım olduqda hospitalizasiya edib, yardım göstərə bilirlər: "Lakin çox təəssüf ki, əksər özəl tibb müəssisələri bu xidməti göstərməyə lisenziyası olmadığını gizlədir və hamilənin durumu ağırlaşdıqda özəl müəssisələrin həkimləri onlara dövlət xəstəxanalarına müraciət etməyi tövsiyə edirlər".
S. Məmmədova qeyd edib ki, Səhiyyə Nazirliyinin 21 nömrəli əmrinə uyğun olaraq özəl tibb müəssisələri ilə ərazi qadın məsləhətxanaları arasında əlaqəli iş qurulmalıdır: "Bu işlərin yerinə yetirilməsinə nəzarət Səhiyyə Nazirliyinin müəyyən rəsmi qurumlarına həvalə edilib".
Milli.Az