Qadin.NET / Əgər əlillər işləmək istəsələr...

Əgər əlillər işləmək istəsələr...

Əgər əlillər işləmək istəsələr...


Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 454 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin edilib

ƏƏSMN-dən Milli.Az-a bildiriblər ki, həmin vətəndaşlardan 155 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təmin olunublar.

Bu il ərzində respublikanın rayon və şəhər Məşğulluq mərkəzləri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ümumilikdə 665 müəssisədə 2 minə yaxın kvota üzrə iş yeri müəyyən olunub. Onlardan 50 faizə yaxını məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir. Belə ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə 4 faizi, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə 5 faizi miqdarında kvota yeri ayrılır.

İlkin İzzət

Milli.Az

17 avqust 2016
GO BACK