Qadin.NET / Bağlanan 2 bankın əmanətçilərinin NƏZƏRİNƏ!

Bağlanan 2 bankın əmanətçilərinin NƏZƏRİNƏ!

Bağlanan 2 bankın əmanətçilərinin NƏZƏRİNƏ!


Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba istinad edərək bildirir ki, "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-də sığorta hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq 16 avqust 2016-cı il tarixi "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, kompensasiyalar bankın müflis elan olunmasından 7 gün sonra, yəni avqustun 23-dən ödəniləcək.

Milli.Az


17 avqust 2016
GO BACK