Qadin.NET / Hindistana gediş-gəliş asanlaşır

Hindistana gediş-gəliş asanlaşır

Hindistana gediş-gəliş asanlaşır


Hindistanın "GoAir" aviaşirkəti ölkə rəhbərliyindən 9 müxtəlif ölkəyə aviareyslər təşkil etmək barədə icazə əldə edib ki, bu ölkələr arasında Azərbaycan da var.

Milli.Az bildirir ki, Trend bu barədə Hindistan KİV-ə istinadən məlumat verir.

Aviaşirkət Mumbayda yerləşir. Şirkətin uçmağa icazə aldığı ölkələr - Azərbaycan, İran, Çin, Vyetnam, Maldiv, Özbəkistan, Qazaxıstan, Qətər və Səudiyyə Ərəbistanıdır. Hindistan aviaşirkəti bu ölkələrə 2017-ci ilin mart ayından başlayaraq uçuşlar həyata keçirəcək.

Məlumatda o da qeyd olunur ki, "GoAir" Mumbay, yaxud Dehlidən Bakıya mütəmadi olaraq həftədə üç dəfə uçuş həyata keçirəcək.

Milli.Az

16 avqust 2016
GO BACK