ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın qarant rolunda çıxış etmək istəyini alqışlayır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
C.Uorlik qeyd edib: "Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olunması istiqamətində şəxsi səylərini alqışlayırıq".
Milli.Az