Qadin.NET / Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!

Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!

Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!


Hal hazırda plastik butulkalarda su ən çox satılan məhsuldur. Lakin belə su alanlara həkimlər xəbərdarlıq  edir ki, təkrar həmin butulkalara su və həmçinin süd və digər mayeləri doldurub istifadə etməsinlər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həkimlərin fikrinə görə bu çox təhlükəlidir.

Təkrar istifadə etdikdə plastik butulkaların boğazında və içində çoxlu sayda mikroblar əmələ gəlməyə başlayır ki, bu da belə butulkaların istifadəsini olduqca təhlükəli edir.
Bristol Universiteti alimlərinin sözlərinə görə, plastik butulkanı təkrar su ilə doldurub istifadə etmək unitazı yalamaq kimi bir şeydir.
Həkimlərdən xəbərdarlıq - plastik butulkalardan təkrar istifadə etmək, belə butulkalarda olan suyu günün altında və ya qazın yanında saxlamaq qəti şəkildə olmaz.
Ümumiyyətlə ən yaxşı seçim şüşə butulkalardır. Bu butulkalar suya heç bir toksiki maddə ifraz etmir, asan yuyulur və onlardan istənilən müddət ərzində istifadə etmək olar.

Milli.Az

 


16 avqust 2016
GO BACK