Paraqvayda unikal toy olub. Bəyin 103, gəlinin isə 99 yaşı vardı. Onlar 80 illik qeyri-rəsmi nikahdan sonra münasibətlərini rəsmiləşdiriblər.
Milli.Az bildirir ki, toy Paraqvayın paytaxtı Asunsyondan 400 km şimaldakı San-Pedro şəhərində olub. 103 yaşlı bəy və 99 yaşlı gəlin deyiblər ki, buna yalnız ailə üzvləri ilə qohumlarının təkidlərindən sonra razılaşıblar.
Toyda bəylə gəlinin 8 övladı, 50 nəvəsi, 35 nəticəsi və 20 kötücəsi iştirak ediblər.
Milli.Az