Qadin.NET / Bakıda istilər səngiyir

Bakıda istilər səngiyir

Bakıda istilər səngiyir


Bir neçə gündür davam edən isti havalar bu gündən soyuyub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, gecə saatlarından başlayaraq Bakıda güclü külək əsməyə başlayıb. Hazırda külək davam edir və havanın temperaturu bir neçə dərəcə aşağı düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də bu gündən Bakıda və Abşeron yarımadasında havanın dəyişəcəyini bildirmişdi. Proqnoza görə, şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 23-27° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Milli.Az

15 avqust 2016
GO BACK