Qadin.NET / İstirahər gününün havası AÇIQLANDI - Sinoptiklər növbəti günlər üçün XƏBƏRDARLIQ yaydı

İstirahər gününün havası AÇIQLANDI - Sinoptiklər növbəti günlər üçün XƏBƏRDARLIQ yaydı

İstirahər gününün havası AÇIQLANDI - Sinoptiklər növbəti günlər üçün XƏBƏRDARLIQ yaydı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 14-də günəşli hava şəraitinin olacağı, şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında                                                                            

Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında

Avqustun 14-də hava şəraiti, əsasən, yağmursuz keçəcək, şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq və arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Xəbərdarlıq

Azərbaycanın rayonlarında

Avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir, dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Milli.Az


13 avqust 2016
GO BACK