İsrail alimləri bu qorxunc xəstəliklərin yaranma səbəbini tapdılar.
ğız boşluğundakı fuzobakteriyalar yoğun bağırsaqda bədxassəli şişin inkişafına şərait yarada bilər.
Milli.Az sputnik.az-a istinadən bildirir ki, bu barədə material "Cell Host & Microbe" jurnalında dərc edilib.
İsrail həkimləri sübut ediblər ki, mikroblar yoğun bağırsağın toxumalarına qanla keçir. Məsələ ondadır ki, fuzobakteriyalar sağlam toxumalara deyil, kolorektal şişlərə çökür. Sonra onlar fəal çoxalmağa başlayır ki, bu da onkoloji xəstəliklərin inkişafının sürətlənməsinə gətirib çıxarır.
Amerikalı və israilli tibb işçiləri siçanlar üzərində aparılan təcrübədən, habelə kolorektal xərçəng diaqnozu qoyulan insanların toxumalarının analiz edilməsindən sonra bu nəticəyə gəliblər.
Ağız boşluğunda yaşayan bakteriyalar yoğun bağırsaqda bədxassəli şişin yaranmasına gətirib çıxarır. Çünki bakteriyaların üstündəki Fap2 zülalı xərçəng hüceyrələrindəki Gal-GalNac kömürünü tanıyır. Odur ki, alimlər Fap2 zülalına və ya Gal-GalNac kömürünə qarşı preparat hazırlamağı planlaşdırırlar.
Bir qayda olaraq, fuzobakteriyalar insanın yuxarı tənəffüs yollarında yaşayır. Lakin bu mikrobların bəzi növləri şərti-patogen hesab edilir və immun çatışmazlığı zamanı ikincili qanqren və irinli-qanqrenli proseslər yarada bilər.
Milli.Az