Qadin.NET / “Odnoklassniki”də video avtomatik işə düşəcək

“Odnoklassniki”də video avtomatik işə düşəcək

“Odnoklassniki”də video avtomatik işə düşəcək


"Odnoklassniki" sosial şəbəkəsi mobil lent üçün video çarxların avtomatik işə düşməsi funksiyasını işə salıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu funksiyadan artıq "Android" platformalı cihazlarda istifadə etmək mümkündür.
 
Artıq xəbərləri izlədikdə, video özü avtomatik işə düşəcək, ancaq səs olmayacaq. Bu videonun üzərinə toxunduqda isə onun idarə edilməsi mümkün olan və oxşarları olan videoların tapılması mümkün olan ayrıca səhifə açılacaq.
 
Şirkətin məlumatına görə, "Odnoklassniki" yeniliklə bağlı müxtəlif formatlı izləmələr üçün sınaqlar keçirir. Bildirilir ki, məlum funksiyaya böyük tələbat var.

Milli.Az

13 avqust 2016
GO BACK