Qadin.NET / Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır

Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır

Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır


Rio-2016-da bu gün atletika yarışlarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Olimpiadaya bu növ üzrə 4 idmançı ilə yollanan yığmamızın heyətində Anna Skidan "siftə" edəcək.
 
Milliləşdirilmiş ukraynalı legionerimiz "idmanın kraliçası"nın çəkicatma növündə mübarizə aparacaq. 32 atletin gücünü yoxlayacağı yarışda Skidan B qrupunda yer alıb.
 
Azarkeşlər bu növdə idmançıların çıxışını Bakı vaxtı ilə saat 03:40-dan izləməyə başlayacaqlar. 24 yaşlı təmsilçimiz start xəttinə B qrupunun 10-cusu kimi çıxacaq.

Milli.Az

13 avqust 2016
GO BACK