Qadin.NET / Dünyada ilk dəfə: "Sizi ölümümün əyləncəsinə dəvət edirəm" - FOTO

Dünyada ilk dəfə: "Sizi ölümümün əyləncəsinə dəvət edirəm" - FOTO

 

Dünyada ilk dəfə: "Sizi ölümümün əyləncəsinə dəvət edirəm" - FOTO



 

41 yaşlı Betsi Devis ABŞ-ın Kaliforniya ştatında evtanaziya vasitəsilə həyatına könüllü son qoymağa razılaşmış ilk şəxsdir.
Ölümcül xəstə olan qadın ailə üzvləri, ən yaxın rəfiqələri və dostları, qohumları üçün vida qonaqlığı təşkil etmişdi. İki gün davam edən partiyə 30 nəfər qatılmışdı.
Milli.Az ABC-yə istinadən bildirir ki, Lui Qeriq sindromu kimi tanınan yan amiotrofik skleroz (Amyotrophic Lateral Sclerosis, ALS) xəstəsi olan qadın 2013-cü ildə müayinədən keçərkən bu qorxunc diaqnozla qarşılaşmışdı.
Rəssam Betsi Devis üç il idi ki, əlil arabasına məhkumdu. 
İyulun əvvəllərində Betsi Devis ən yaxın rəfiqələrinə, dostlarına və qohumlarına elektron poçtla məktub yollayaraq yazmışdı: "Sizi ikigünlük əyləncəyə dəvət edirəm. Bu parti indiyədək qatıldığınız bütün əyləncələrdən fərqli olduğu üçün səbr, emosional dəyanət, səmimiyyət tələb edir. Sizi ölümümün əyləncəsinə dəvət edirəm".
İki gün davam edən partidən sonra onu yataq otağına aparıblar. Burada Betsi Devis morfin, fenobartial və xloralhidrat qarşığından ibarət inyeksiyanı qəbul edib, 4 saat sonra isə gözlərini əbədi yumub. 

 

Dünyada ilk dəfə: "Sizi ölümümün əyləncəsinə dəvət edirəm" - FOTO
Dünyada ilk dəfə: "Sizi ölümümün əyləncəsinə dəvət edirəm" - FOTO
Dünyada ilk dəfə: "Sizi ölümümün əyləncəsinə dəvət edirəm" - FOTO

 

 

 

Milli.Az 

12 avqust 2016
GO BACK