Qadin.NET / Kraliça ilə vida mərasimi keçirilir - FOTO

Kraliça ilə vida mərasimi keçirilir - FOTO

Kraliça ilə vida mərasimi keçirilir - FOTO


Rumıniyanın paytaxtı Buxarest şəhərinin kral sarayında kraliça Ana ilə vida mərasimi keçirilir.

Milli.Az report-a istinadən bildirir ki, ötən gündən başlayan mərasim bu gün axşam saat 22:00-dək davam edəcək.

Kraliça Anaya ehtiramını bildirmək məqsədilə yüzlərlə rumın kral sarayını ziyarət edir.

Avqustun 10-da isə ilk olaraq vida mərasimi Sinaya şəhərindəki kral ailəsinə məxsus Peleş qəsrində keçirilib və Rumıniyanın dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, kral ailəsinin yaxınları və ictimaiyyət nümayəndələri mərasimə qatılıblar.

Xatırladaq ki, Rumıniyanın sabiq kralı Mihayın həyat yoldaşı, 92 yaşlı kraliça Ana avqustun 1-də İsveçrənin Morj şəhərindəki xəstəxanada vəfat edib. Kraliçanın cənazəsi avqustun 9-da Rumıniyaya gətirilib. Avqust ayının 13-də isə kraliça Kurtya-de-Arceş şəhərindəki kral ailəsinə məxsus monastırda dəfn olunacaq. Mərasimin keçirildiyi günlərdə isə təhlükəsizliyin təmin olunmasına 1500-ə yaxın polis, hərbçi və jandarm qüvvələri cəlb olunub.

Kraliça ilə vida mərasimi keçirilir - FOTO


Milli.Az

12 avqust 2016
GO BACK