17:52
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırdığı qarşılıqlı iddia üzrə məhkəmə iclası keçirilib.
Trend-in məlumatına görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dinlənilib.
Məhkəmə ANS-in iddiasını təmin etməyib. ANS məhkəmə qərardadından şikayət təqdim edib.
Məhkəmənin növbəti prosesi avqustun 16-a təyin olunub.
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.
ANS serialın qəbul edilməsini və ayrılmış vəsaitin MTRŞ tərəfindən televiziyaya ödənilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
----------
12:00
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə deyilib ki, iddiaçının şikayət vermə hüququnu təmin etmək üçün məhkəmə iclası avqustun 16-dək təxirə salınmalıdır.
Qeyd edək ki, MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS 40 min manat vəsaitin ona verilməsi ilə bağlı qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin iddianı baxılmaq üçün qəbul etməyib.
Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib.
Milli.Az