Qadin.NET / Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI

Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI

Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI


ABŞ-ın "Forbes" dərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 100 ən zəngin iş adamının siyahısını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, reytinq cədvəli ikinci dəfədir hazırlanır.

Ötən il olduğu kimi, bu il də İT texnologiyaları sahəsində fəaliyyət göstərən ən zəngin iş adamı "Microsoft" korporasiyasının yaradıcısı Bill Geyts olub. Onun şəxsi sərvəti 78 milyard dollar həcmində qiymətləndirilir. "Amazon.com" internet şirkəti və "Blue Origin" aerokosmik şirkətinin sahibi Ceff Bezos 66 milyard ollarlıq sərvəti ilə ikinci sıradadır. İlk üçlüyü "Facebook"un qurucusu Mark Zukerberq tamamlayır - 54 milyard dollar.

İlk onluqda sonrakı yerləri "Oracle"ın yaradıcısı Larri Ellison (51,7 milyard $), "Google"un təsisçiləri Larri Peyc və Sergey Brin (39 milyard $ və 38,2 milyard $), "Microsoft"un həmtəsisçisi Stiv Balmer (27,7 milyard $), "Alibaba"nın sahibi Cek Ma ( 25,8 milyard $), "Tensent"in rəhbəri Ma Xuaten (22 milyard $) və "Dell"in yaradıcısı Maykl Dell (22 milyard $) tutur.

Siyahıdakı iş adamlarının sərvəti il ərzində 6% artaraq 892 milyard dollar təşkil edib. 2016-cı il reytinqinə 12 yeni şəxs daxil olub. 100 iş adamının yarısından çoxu ABŞ-dandır. Çin ikinci sıradadır.

İT milyarderlərinin orta yaş həddi 53-dür. Bu, milyarderlərin qlobal reytinqinin orta yaş səviyyəsindən 10 il azdır.

Ötən ildən fərqli olaraq, "Forbes" sərvətini vərəsəliklə əldə edənləri siyahıya salmayıb. Nəticədə Stiv Cobsun dul xanımı, 16,7 milyard dollarlıq sərvətə malik olan Pauell Cobs siyahıya düşməyib.

Milli.Az

11 avqust 2016
GO BACK