Qadin.NET / Facebook istifadəçiləri – ehtiyatlı olun

Facebook istifadəçiləri – ehtiyatlı olun

Facebook istifadəçiləri – ehtiyatlı olun


Kibercinayətkarlar "Facebook" sosial şəbəkəsinin Çexiya və Slovakiyadan olan minlərlə istifadəçinin akkauntuna çıxış əldə ediblər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, antivirus proqramlarının istehsalı ilə məşğul olan "Eset" şirkəti bildirib ki, bu, saxta saytlara keçid olması səbəbindən baş verib.
 
Şirkət rəsmisi qeyd edib ki, əgər hər hansı istifadəçi keçid linkini sıxırsa, xəbər mətninin özü deyil, əvəzində avtorizasiya olunmuş saxta sayt açılır. Əgər istifadəçi bu zaman şifrə və loqinini yazırsa, o özündən asılı olmayaraq akkaunt üzərində olan nəzarəti hakerlərə vermiş olur.

Milli.Az

11 avqust 2016
GO BACK