Qadin.NET / Yer kürəsi bir materikdən ibarət olacaq

Yer kürəsi bir materikdən ibarət olacaq



Dünyanın müxtəlif ölkələrinin geoloqlarının birgə apardıqları hesablamalara görə, gələcəkdə bütün qitələr birləşərək bir materik təşkil edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, artıq qitələrin birləşməsi müşahidə edilməkdədir. Belə ki, qitələr ildə üç santimetr bir-birinə doğru hərəkət edir. Elm adamları bu dəyişikliklər nəticəsində Hind okeanının kontinentlərin birləşməsindən əmələ gələn böyük materikin ortasında qalacağını iddia edirlər. Bundan əlavə, Avstraliya ilə Antarktidanın birləşəcəyi, bu birləşmənin Asiyadan kiçik bir körfəzlə ayrılacağı, Sibirin isə tropik iqlim zonası olacağı irəli sürülür.

Alimlər bu yeni materikə Pangey Proksima adını verməyi düşünürlər.

Qeyd edək ki, bir vaxtlar Pangey adlı bir materikdən ibarət olan Yer kürəsi dreyf (axın və ya külək vasitəsilə ayrılma) prosesi nəticəsində qitələrə bölünüb.

Milli.Az


11 avqust 2016
GO BACK