Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, çörək mayalanan zaman onun tərkibində melatonin hormonu olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, xoşbəxtlik hormonu kimi tanınan bu hormon insan üçün olduqca lazımlıdır. Belə ki, əsasən saat 23:00-03:00 arası ifraz olunan melatonin xərçəngin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biridir. Bu səbəbdən də, insanlar bu zaman çУ™rçivУ™sindУ™ yatmağa çalışmalıdırlar. Həmçinin bu hormon qocalmanın ləngiməsinə imkan yaradır.
Xoşbəxtlik hormonunun əsas mənbəyi yuxu olsa da, bəzi qida məhsullarının tərkibində də melatoninə rast gəlinir. Hacettepe Universitetində aparılan tədqiqat isə, onu göstərdi ki, mayalanan çörək həmin qidalardan biridir.
Belə ki, çörək qabardıqca xoşbəxtlik artır. Yəni, beynəlxalq ədəbiyyatda yer alan araşdırmaya görə, melatoninin miqdarı çörəyin mayalanaraq qalxdığı zaman ən yüksək səviyyəyə çatır. Çörək bişəndə qabıq hissəsində hormon miqdarı azalır, amma daxili hissədəki melatonin sayı eyni qalır.
Deməli insanlar çörək yeyərkən həm qidalanır, həm də xoşbəxtlik hissini duyurlar. Onu da qeyd etmək lazımdır ki, bir çox insanlar pУ™hriz saxlayırlar və çörəkdən imtina edirlər. Nəticədə, isə həmin insanlarda melatonin azlığı müşahidə olunur.
Milli.Az