Sankt-Peterburqda itlər üçün sosial şəbəkə sınaqdan keçirilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, şəhər sakinləri yeni əlavədən heyrətə gəliblər.
Sosial şəbəkədə ev heyvanı üçün akkaunt açmaq üçün mütləq onun şəklini yerləşdirmək, adını qeyd etmək lazımdır. Tərtibatçılar maksimal dərəcədə adi sosial şəbəkələrə oxşar şəbəkə yaratmağa çalışıblar. Bu sosial şəbəkənin o qədər də yaxşı işləməməsinə baxmayaraq, istifadəçilərin xoşuna gəlib.
Tərtibatın funksionalına ev heyvanının yerləşdiyi yer, həmçinin onun gəzdirildiyi vaxt və marşrut daxil edilir. Qeyd edək ki, yenilik özlüyündə maraqlar klubunu təsvir edir.
Sosial şəbəkədə nəinki itlər, həmçinin onların sahibləri üçün də dost tapmaq mümkündür.
Milli.Az