Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Qəbələ IV Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, dünya şöhrətli pianoçu Oksana Yablonskaya deyib.
Oksana Yablonskaya bildirib ki, tamaşaçılar festival çərçivəsində keçirilən konsertlərə böyük maraq göstərirlər: "Ukraynanın "Kiyev virtuozları" Kamera Orkestri ilə birgə konsertimin sonunda tamaşaçılar bizi ayaq üstə alqışladılar. Musiqiçiyə bundan böyük hədiyyə ola bilməz. Çox şadıq ki, Azərbaycan və Avropa bəstəkarlarının əsərini yüksək səviyyədə ifa edə bildik. Azərbaycan xalqının böyük bəstəkarları, gözəl musiqiləri var".
Dünya şöhrətli pianoçu Qəbələ IV Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinə sədrlik etdiyini, orada istedadlı gənclərin iştirakına görə sevindiyini bildirib: "Burada gənc pianoçular öz bacarıqlarını nümayiş etdirirlər. Bu gün axşam nəticələr elan olunacaq. Beynəlxalq musiqi festivalında tanınmış musiqiçilərlə yanaşı, gənclərin də iştirakını yüksək qiymətləndirirəm."
Milli.Az