Qadin.NET / Barmağınızdakı bu nöqtəni 60 saniyə sıxın - DƏRMANSIZ MÜALİCƏ

Barmağınızdakı bu nöqtəni 60 saniyə sıxın - DƏRMANSIZ MÜALİCƏ

Barmağınızdakı bu nöqtəni 60 saniyə sıxın - DƏRMANSIZ MÜALİCƏ


Refleksologiya elmi insanın ayaq, əl, qulaqdakı xüsusi nahiyələrə əl ilə təsir etməyə əsaslanır. Milli.Az publika.az-a istinadən bildirir ki, bu elm hesab edir ki, ayaq, əl və qulaqlarda elə nahiyələr sistemi yerləşir ki, bu sistem bədənin bütün müvafiq hissələrinə fizioloji təsir göstərir.

Bu şəkillər barmaqlarımızın bizim bədənimizin hansı orqanı ilə bağlı olduğunu göstərir.

Ürək və ağciyərlər baş barmaqla bağlıdır.

Əgər baş barmağınızı ovuşdursanız və dartsanız siz ürək döyüntünüzü nizama sala və rahat nəfəs ala bilərsiniz.

Mədə və yoğun bağırsaq şəhadət barmağı ilə əlaqəlidir.

Əgər sizdə qəbizlik varsa və ya mədəniz ağrıyırsa şəhadət barmağınızı 60 saniyə müddətində ovuşdurun və sıxın.

Tənəffüs sistemi, qan dövranı, ürək və nazik bağırsaq orta barmaqla əlaqəlidir.

Əgər orta barmağı dartıb sonra ovuşdursanız baş gicəllənməsi, ürək bulanması və yuxusuzluğu müalicə edə bilərsiniz. 

Əhval-ruhiyyənizin açarı isə adsız barmaqdır.

Bu barmağı masaj etməklə stresi azaltmaq, nisbətən xoş əhval-ruhiyyə yaratmaq olar.

Böyrəklər, boyun və baş çeçələ barmaqla bağlıdır. 

Baş ağrıları, boyun nahiyəsində ağrı və böyrəklərdəki problemləri çeçələ barmağı masaj etməklə yüngülləşdirmək olar.

Milli.Az


5 avqust 2016
GO BACK