Qadin.NET / Bakının mərkəzi yolları bağlanır - SİYAHI

Bakının mərkəzi yolları bağlanır - SİYAHI



Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

Milli.Az bildirir ki, "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Milli.Az

4 avqust 2016
GO BACK