Şamaxı sakini Bayramlı Ləman Bünyad qızı TQDK-nın rəsmi açıqlamasına görə 3-cü qrup üzrə 695 bal toplayaraq respublika üçüncüsü olub.
Maraqlısı odur ki, bu nəticə Şamaxı tarixində ilk yüksək göstəricidir. 9 saylı orta məktəbdə oxuyan Ləman sonralar Şamaxı Texniki Təmayüllü Liseydə təhsilini davam etdirib.
Milli.Az Region TV-yə istinadən bildirir ki, cəmi bir sualı cavablandıra bilməyən Ləman 695 bal toplamlaqla valideynlərinin və müəllimlərinin ümidini doğruldub.
Ləman Prezident Yanında İdaretmə Akademiyasının məzunu olmaq arzusundadır. O, yüksək bal toplamasının sirrini kitab oxumaq həvəsi ilə izah edir: "Hər bir şagirdin arzusu 700 bal toplamaqdır. Mən də belə arzu edirdim. Sadəcə xarici dildən 1 sualı səhv yazmağım nəticəsində 695 bal topladım. Valideylərimin və müəllimlərimin dəstəyini daima öz üzərimdə hiss edirdim".
Milli.Az