Qadin.NET / Bəy inad etdi, toy xəstəxanada oldu - FOTO

Bəy inad etdi, toy xəstəxanada oldu - FOTO

Bəy inad etdi, toy xəstəxanada oldu - FOTO


Ceyms Qoss və Stef Mörfi Xorvatiyanın Dubrovnik şəhərindəki qədim Sponza qəsrində toy etməyi planlaşdırmışdılar. Onlar kruiz turuna bilet alaraq Dubrovnikə də yollanmışdılar və toya hazırlaşırdılar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Ceyms çimərlikdə olarkən yıxılıb, ayağını sındırıb. Sınıq çox ciddi olduğundan o, xəstəxanada müalicə kursu keçir.
Fəqət, buna rəğmən Ceyms toyunu təxirə salmaq istəməyib.
O, Stef Mörfi ilə elə xəstəxanada evlənib.

Nikah mərasimi Dubrovnikdəki hospitalın nəzdindəki kiçik kilsədə gerçəkləşib.

Bəy inad etdi, toy xəstəxanada oldu - FOTO

Bəy inad etdi, toy xəstəxanada oldu - FOTO


Daha sonra qonaqlar hospitalın həyətində qurulmuş çadıra yollanıblar.
İngiltərənin Lankaşir qraflığındakı Apholland şəhərinin sakinləri Ceymslə Stefin dediklərinə görə, toy qeyri-adi alınsa, unudulmaz olub.

Milli.Az

1 avqust 2016
GO BACK