Azərbaycanda rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlanıb.
Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiq etməlidirlər.
"Rezidentura" jurnalının 3-cü nömrəsində "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Bu nömrədə, həmçinin 2015-ci ildУ™ rezidenturaya qУ™bul müsabiqУ™sindУ™ klinik bazaların ixtisasları üzrУ™ formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.
Milli.Az