Vaqif Raul Lukas, Vaqif Mete, Vaqifcan... Vaqif adının improvizə olunmuş bu cür versiyaları son illər körpələrə qoyulur. Vaqif adının özü isə dəbdən düşüb.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ümumiyyətlə, statistik məlumatlar onu deməyə əsas verir ki, artıq valideynlər övladlarına görkəmli şəxsiyyətlərin, şairlərin, yazıçıların adlarını qoymağa maraq göstərmirlər.
Ədliyyə Nazirliyindən bildirilib ki, son beş ildə doğulan uşaqlardan cəmi 88-nə Füzuli, 53-nə Müşfiq, 74-nə Nəsimi, 47-nə isə Məhsəti adı verilib.
İndi valideynlər şair adlarını bəyənməyib, onları müxtəlif formalara salaraq övladlarına qoyurlar. Məsələn, Nizamir, Müşfiqə, Cavidə, Sabirə.
Soyadı formasında adlar da geniş yayılıb. Uşaqlara Əhmədli, Əhmədov kimi adlar da qoyulur.