Qadin.NET / Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi

Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi

Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi


ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın siyasi ənənələrinə uyğun olaraq, Klinton partiyanın Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı prezidentliyə namizəd olmağa rəsmi razılıq verib.   
 
Qeyd edək ki, qurultay iyulun 26-da Klintonun prezidentliyə namizədliyini rəsmi olaraq təsdiqləyib.  ABŞ vitse-prezidenti postuna isə Tim Keynin namizədliyi təsdiqlənib. Hillari Klinton ABŞ tarixində prezident postuna namizədliyi irəli sürülən ilk qadındır.    
 
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. 

Milli.Az


29 iyul 2016
GO BACK