Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-da arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu.
Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq.
Bakıda gecə 21-23° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
İyulun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü ilə yanaşı, yay mövsümü üçün komfort temperatur şəraiti meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Milli.Az