Qadin.NET / Malta 20 koreyalını qovdu

Malta 20 koreyalını qovdu

Malta 20 koreyalını qovdu


Malta hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) 20 nəfərə yaxın vətəndaşına viza verməkdən imtina edərək onları ərazisindən çıxarıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Ryonxap" agentliyi Cənubi Koreya hökumətindəki mənbəyə istinadən xəbər verib.
Məlumata görə, bu, Avropa İttifaqı ölkəsində Şimali Koreya vətəndaşlarının çıxarılması ilə bağlı ilk hadisədir. Ölkədə narahatdırlar ki, koreyalıların qazandıqları valyuta Pxenyana nüvə və raket işlənməsi üçün gedir.
KXDR-dən olan işçilər Maltada tikinti sahəsində və fabriklərdə, "Leisure Clothing" və "Rite Mix" şirkətlərində çalışıblar. Bu şirkətlərin nümayəndələri Şimali Koreyadan olan əməkdaşlarının onları tərk etdiklərini təsdiqləyiblər.

Milli.Az


28 iyul 2016
GO BACK