Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözləriə görə, kurslar qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsi üzrə təşkil edilir: "Kurs 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni"nin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər".
Kursda iştirak tələbləri:
Xanımlar üçün;
• Yaş: 18-30 arası
• Boy: minimum 170 sm
• Təhsil: minimum tam orta təhsil
• Dil bilikləri:
o Azərbaycan dili - Əla
o Xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri
Oğlanlar üçün;
• Yaş: 22-30 arası
• Boy: minimum 170 sm
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
o Azərbaycan dili - Əla
o Xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri
Qeyd edək ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsinin qeyd edilməsi zəruridir.
Müraciətlər avqustun 5-dək qəbul olunacaq.
Milli.Az