Qadin.NET / Şəkər xəstəliyinin ilkin əlamətləri

Şəkər xəstəliyinin ilkin əlamətləri

Şəkər xəstəliyinin ilkin əlamətləri

Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur. Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?
* yorğunlaq
* halsızlıq
* ürək yanğısı
* tez-tez sidiyə getmə
* arıqlama və ya hədsiz kökəlmə.
Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır:
* çoxlu maye qəbul etmək istəyi
* gecələr sidiyə çıxma
* aşağı ətraflarda yaraların əmələ gəlməsi
* yaraların gec sağalması
* aralıq nahiyyədə qaşınma.
Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir:
* orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir
* şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır
* yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir.
Milli.Az


27 iyul 2016
GO BACK