Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş verən yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.
Milli.Az bildirir ki, bunu azvision.az-a açıqlamasında Şirvan şəhər icra hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev deyib. O qeyd edib ki, yanğının söndürülməsi üçün lazım olan bütün işlər görülür:
"Yanğının şiddətindən içəriyə daxil olmaq mümkün deyil. Ölənlər haqqında məlumat yoxdur. Lakin yararlıların olduğu bildirilir və onlar xəstəxanaya gətirilir".
Milli.Az