17:24
Report xəbər verir ki, son məlumata görə, yaralıların sayı 20-yə çatıb, onlardan birinin vəziyyəti ağırdır.
----------
17:08
Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına artıq 11 nəfər xəsarət almış şəxs çatdırılmışdır. Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.
-----------
16:59
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Milli.Az bildirir ki, xəstəxanadan azvision.az-a verilən məlumata görə, hazırda xəstəxanaya 9 yaralı gətirilib. Onların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.
Xəstəxanada partlayış zamanı ölənlərin olması haqda məlumatın olmadığı qeyd edilib.
Yaralıların sayının artacağı istisna edilmir.
Milli.Az