Qadin.NET / Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub

Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub

Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub


Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvandakı "Araz" zavodunda baş verən hadisə nəticəsində yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili yardım maşınları cəlb olunub.

Milli.Az bildirir ki, bu barədə report-a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Qeyd edək ki, son məlumata görə, yaralıların sayı 20-yə çatıb, onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az

26 iyul 2016
GO BACK