İstanbulda Boğaziçi körpüsü Türkiyədə çevriliş cəhdi zamanı həlak olanların xatirəsinə adlandırılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin baş nazirin Binali Yıldırım belə bəyanat verib.
Baş nazir bildirib ki, İclasda çevriliş cəhdlərinin qurbanlarının xatirəsini əbədiləşdirmək qərarı alınıb.Bələ ki, Boğaziçi körpüsü iyulun 15 şəhidlərin xatirəsinəinə adlandırmaq qəbul olunub.
İclasda Jandarm Qüvvələri Baş Komandanlığının və Sahil Mühafizəsi Komandanlığının Daxili İşlər Nazirliyinin tabeliyinə verildiyini qəbul edilib.
Baş nazir həmçinin cümə axşamı Ali Hərbi Şurasının toplantısını Nazirlər Kabinetində keçiriləcəyini qeyd edib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Milli.Az