Qadin.NET / Yaponiyada 3800 nəfəri gun vurdu

Yaponiyada 3800 nəfəri gun vurdu

Yaponiyada 3800 nəfəri gun vurdu

Yaponiyada iyulun 18-dən 24-dək davam edən anomal istilər nəticəsində 3798  nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlardan 2-si dünyasını dəyişib, 58 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
 
Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi.
 
Ölkədə hərarətin bu ildə yüksək həddə çatacağını proqnozlaşdıran  yerli meteoroloqlar bunu Sakit okeanda formalaşan "El-Ninyo" fenomeni ilə əlaqələndirirlər.

Milli.Az

26 iyul 2016
GO BACK