Türkiyədə Nazirlər Kabinetinin növbədənkənar iclası keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas bu gün yerli vaxtla saat 18:00-da baş tutacaq.
İclas iştirakçıları hərbi çevrilişə cəhddən sonrakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Milli.Az